EN

Hökumət buraxıldı: Ölkə qarışdı

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Fransa günə Prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə etiraz  aksiyaları ilə başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, sosial media platformalarında aylardır “Hər şeyi dayandıraq” şüarı ilə edilən çağırışların nəticəsində ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilir. Makronun sosial-iqtisadi siyasətlərinə qarşı çıxan etirazçılar paytaxt Paris, Lyon və Renn şəhərlərində səhər saatlarından etibarən küçələrə çıxıblar. 

Yerli mətbuatda yer alan xəbərlərə görə, Renn şəhərinin cənub və şimal hissəsindəki çevrə yollarında toplaşan yüzlərlə etirazçı yollarda barrikadalar qurub. Paytaxtın müxtəlif bölgələrində bəzi lisey şagirdləri məktəblərinin girişində zibil qutularından barrikadalar düzəldiblər. 

Lyon-1 Universitetinin qarşısında da barrikadalar qurulub. Ölkədə keçirilən aksiyalarda 75-i Parisdə olmaqla ümumilikdə 85 nəfər saxlanılıb. Gün ərzində davam edəcəyi gözlənilən aksiyalara ölkə miqyasında 100 min nəfərin qatılması proqnozlaşdırılır.

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Baş nazir Qabriel Attalın istefasını qəbul edib. Lakin Attal və onun kabineti yeni hökumət başçısı təyin olunana qədər Parisdə keçiriləcək Olimpiya Oyunları başa çatana qədər vəzifəsində qalacaq.

Yerli ekspertlərin fikrincə, bunu Fransada əsl siyasi zəlzələ adlandırmaq olar. İstefa verən hökumətin səlahiyyətləri məhduddur. Attal və onun kabineti yalnız dövlətin davamlılığını təmin etmək üçün cari işləri sürətləndirməyə cavabdeh olacaqlar. Belə ki, bu keçid dövründə hakimiyyətdən gedən hökumət prinsipcə heç bir siyasi qərar qəbul edə bilməz.

 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
cebheinfo.az

2Sources