EN

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR”


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin həyata keçirdiyi “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb.Bu gün aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədi ilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən üzübəri günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb.

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki,“Bakı Mətbəəsi” ASC-də nəfis tərtibatla çap olunmuş kitaba daxil edilmiş şeirlər bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası mənzərəsi; bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması; tarixi yer-yurd adları ilə zəngin olması; ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri; erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümüvə s.

Kitab Qərbi Azərbaycanınaşıq sənətinin ilk beşiklərindən biri olmasına diqqət yönəltməklə yanaşı, həm də bu tarixi torpaqlarımızdakı yer-yurd adlarımızın öyrənilməsi baxımından da əhəmiyyətlidir.

Layihənin rəhbəri “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, kitabın elmi redaktoru ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birlyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçi ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir. Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək və müvafiq təşkilatlara pulsuz paylanılacaq.

Chosen
2
2
baki-xeber.com

3Sources