EN

"Kəpəz" klubundan gözlənilməz qərar - İlqar Nadiri vəzifəsindən ayrıldı

"Kəpəz" PFK əməliyyatlar üzrə rəhbər İlqar Nadiri ilə yollarını ayırıb. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Far.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "Kəpəz" klubu İlqar Nadiriyə fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, İlqar Nadiri 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.

Chosen
34
10
far.az

10Sources