EN

İqlim dəyişmələri həllərinin təşviqi layihəsinə start verildi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Təşəbbüslərin İnkişaf Mərkəzi İctimai Birliyi “İqlim dəyişmələri həllərinin təşviqi”nin ali təhsil müəssisələrinin auditoriyalarına gətirilməsi layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi gənclərin iqlim dəyişmələrinin fəsadları barədə maarifləndirilməsi, ekoloji problemlərə qarşı innovativ həllərin təbliği və tələbələrin bu prosesə fəal şəkildə cəlb olunmasıdır.

Təlim və seminarlar çərçivəsində iştirakçılara iqlim dəyişmələrinin qlobal təsirləri, ekoloji davamlılıq, alternativ enerji mənbələrinin əhəmiyyəti və yaşıl həyat tərzinin təşviqi ilə bağlı praktiki biliklər təqdim ediləcək.

Layihə nəticəsində gənclərdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi, həmçinin iqlim problemlərinə qarşı müasir yanaşmaların ali təhsil müəssisələrinin gündəliyinə daxil edilməsi nəzərdə tutulur.

AzPost.az

Chosen
22
3
azpost.info

4Sources