EN

Övladına ad qoya bilməyən cütlük boşandı

Çində bir ailə övladlarına ad seçə bilmədikləri üçün boşanma qərarı verib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, valideynlər bir ildən artıq müddətdə ortaq razılığa gələ bilmədiklərindən uşaq ad, doğum şəhadətnaməsi, qeydiyyat və hətta məcburi peyvəndlərdən məhrum qalıb.

Məlumata görə, cütlük 2023-cü ildə ailə qurub və bir il sonra övlad sahibi olub. Lakin körpənin dünyaya gəlməsindən dərhal sonra valideynlər onun adı üstündə mübahisəyə başlayıblar. Hər iki tərəf yalnız öz seçimində israr edib və güzəştə getməyib. Valideynlər hətta ayrıca şəkildə xəstəxana və qeydiyyat idarəsinə müraciət edərək, uşağı seçdikləri adla sənədləşdirməyə çalışıblar. 

Lakin hər iki dəfə müraciət rədd edilib, çünki prosedur üçün hər iki tərəfin razılığı və orijinal sənədlərin təqdim olunması tələb olunur. Məhkəmə araşdırmasına qədər uşaq artıq bir yaşına çatıb, amma onun hələ də rəsmi sənədləri olmayıb və peyvənd olunmayıb. Xalq Məhkəməsi valideynlərin şəxsi mübahisələrinin azyaşlının hüquqlarını pozduğunu vurğulayıb. Həm ana, həm də atanın məsuliyyət daşıdığı qeyd olunub. ("Unikal")

"Cebheinfo.az" 

Chosen
22
2
cebheinfo.az

4Sources