EN

“Meydanın durumu haqqında danışmağın mənası yoxdur” – Ukraynalı futbolçu

Ukrayna millisinin müdafiəçisi Nikolay Matvienko DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan (1:1) sonra meydança amilini də qabardıb. 

Msport.az xəbər verir ki, 29 yaşlı Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunun bərbad durumda olduğunu deyib:

“Təbii ki, kombinasiyalı futbol məna kəsb edirdi. Bakıdakı meydançanın durumu isə çox pis idi. Meydança haqqında danışmağın mənası yoxdur”.

Matvienko millimizlə görüşdə 2 xal itirdilərini deyib: “İki xal itirdik. Daha nə deyək?! Məncə, məşqçi dəyişikliyi və əlavə motivasiya Azərbaycanın bizdən xal almasında rol oynadı. İlk oyunda 0:5 hesabı ilə uduzduqları üçün bu matçın çətin olacağı gözlənilirdi. Evdə əllərindən gələn hər şeyi edəcəklərini bilirdik. Bunu da bacardılar.

 

Chosen
7
2
msport.az

4Sources