EN

Rusiyadan diqqətçəkən şərh: Polşaya hücum əmrini Putin verib

BAKI, 10 sentyabr. TELEQRAF

“Polşaya PUA hücumu Vladimir Putindən xəbərsiz həyata keçirilə bilməzdi”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı hərbi eksperti Yuri Fyodorov deyib.

“Putin “yaşıl işıq” yandırmadan belə bir şeydən söhbət gedə bilməz. Bu, Rusiya hərbi rəhbərliyi və Kremlin növbəti təxribatıdır. Çünki Kremlin icazəsi olmadan belə şeylər baş vermir, bu, bəllidir, bu, Putinin razılığı ilə edilib”, - ekspert vurğulayıb.

Fyodorovun fikrincə, bu, Polşa və onun NATO müttəfiqlərini qorxutmaq və onları Varşava vasitəsilə Ukraynaya hərbi yardımın daşınmasını azaltmağa və ya dayandırmağa məcbur etmək üçün edilib.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Chosen
7
teleqraf.com

1Sources