EN

Bu apteklər şəbəkəsi cərimələnə bilər SƏBƏB

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, apteklər şəbəkəsi İnzibati Xətalar məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

“Zeytun Pharma” ilə bağlı iş baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib. 15 sentyabr tarixində hakim Liza Xanməmmədovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Zeytun Pharma” MMC şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
88
5
tribunainfo.az

10Sources