EN

Bakı Sumqayıt yolunda “BYD” və “VAZ” toqquşdu, sürücülərdən biri.. VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 9-da səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “BYD” markalı avtomobil, 20-CD-398 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “BYD” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülərdən biri xəsarət alıb. Qəzadan sonra yolda bir müddət sıxlıq yaranıb. 

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
avtosfer.az

1Sources