EN

QHT sədri - "Biz əminik ki, Prezidentimiz xalqla dövtin arasında körpünü daha da gücləndirəcək"....


Prezident İlham Əliyevin apardığı xarici siyasət bu gün Azərbaycanın dünyadakı mövqeyini gücləndirib, dövlətimizin nüfuzunu artırıb. Güclü liderlik, milli maraqlara əsaslanan mövqe və prinsipal diplomatıya sayəsində ölkəmiz bölgədə və dünyada söz sahibi olan dövlətə çevrilib. Bu, hər bir azərbaycanlının qürur duyduğu reallıqdır.
Lakin eyni zamanda ölkə daxılındə bir sıra ciddi islahatlara ehtiyac olduğu danılmazdır. Xalqın inam və etimadını qazanan dövlət başçısının etimaddan sui-istifadə edənlər var. Onların fəaliyyəti bəzən xalqın rifahına deyil, yalnız şəxsi maraqlarına xidmət edir. Ən acınacaqlısı isə budur: xalqı soğan kimi soyaraq süni problemlər yaradan, vətəndaşı narazı salan məmurlar dövlətin siyasətinə kölgə salırlar.
Bəzi hallarda isə bu narazılıq təsadüfi yox, məqsədyönlü şəkildə yaradılır. Xalqla dövlət arasında uçurum yaratmaq istəyən qüvvələr sanki məmur maskası altında xalqın inamını sarsıtmağa çalışır. Bu isə birbaşa dövlətçılık prinsipinə ziddir və qarşısı qətiyyətlə alınmalıdır.
Biz əminik ki, Prezident İlham Əliyev xalqla dövlət arasında olan etimad körpüsünü daha da möhkəmləndirəcək. Daxildə şəffaflıq, ədalət və məsuliyyət prinsipləri gücləndikcə Azərbaycan daha da güclü olacaq!
Biz, islahatları dəstəkliyir, hər bir ədalətsizliyə qarşı Prezidentimizin yanında olduğumuzu bəyan edirik!
Yaşasın Azərbaycan!
Bizbirlikdə güclüyük!
Xalq-Prezident birliyi daim qalib olacaq!

Mahirə Əmirhüseynova
XXI Əsrin Qadınlar İctimai Birliyin sədri

Chosen
23
6
baki-xeber.com

7Sources