EN

İspaniyada uşaqları siqaret çəkən valideynlər 100 avroya qədər cərimələnəcək



İspaniyanın solçu azlıq koalisiya hökuməti siqaret istehlakını məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq edəcək.
Nazirlər Şurası tərəfindən bəyənilən və müzakirə və səsvermə üçün Parlamentə göndərilən “tütün qanun layihəsi” terraslarda və azyaşlıların siqaret çəkilməsini qadağan etməklə yanaşı, elektron siqaretdən istifadəni də məhdudlaşdırır.

Qanun layihəsi İspaniyada ilk dəfə yetkinlik yaşına çatmayanların siqaret çəkməsini qadağan edir və uşaqlarının siqaret çəkməsinə mane olmayan valideynlər üçün 100 avroya qədər cərimə nəzərdə tutur.

Bütün Avropa İttifaqı ölkələrində olduğu kimi İspaniyada da yetkinlik yaşına çatmayanlara siqaret satışı artıq qadağan olunsa da, indiyədək uşaqların siqaret çəkməsinin qarşısını almaq üçün heç bir hüquqi tənzimləmə tətbiq edilməyib.

Qanun layihəsi ilə bağlı mətbuata açıqlama verən Səhiyyə Naziri Monika Qarsiya, "İspaniyanı tütünə qarşı mübarizədə yenidən ön sıraya qoyan bir qanun hazırladıq. 2005-ci ildə qapalı yerlərdə siqaret çəkmə qadağası ilə qabaqcıl olmuşuq, 2010-cu ildə bar və restoranlarda siqaret çəkmək də qadağan edilmişdi. Ancaq zaman dəyişdi, yeni sağlamlıq ehtiyacları ortaya çıxdı. tütün hər gün 140.000 insanı öldürür və xərçəngin 30% -i siqaret risk faktorları ilə əlaqələndirilir.

Bundan başqa, uzun sürən danışıqlara baxmayaraq, məlum olub ki, hazırda 20-dən çox ölkədə tətbiq olunan sadə qablaşdırma (bütün paketlər eyni olmalıdır, brend loqoları olmadan və eyni şriftlə çap olunmalıdır) qanun layihəsinə daxil edilməyib.

Statistikaya görə, ötən il İspaniyada siqaret satışı qapalı məkanda siqaret çəkməyi qadağan edən ilk qanunun qüvvəyə mindiyi 2005-ci illə müqayisədə 53,8% azalaraq 2,143 milyard qutuya çatıb.

Hazırda İspaniyada 20 qutu siqaretin qiyməti 5-8 avro arasındadır.

aia.az
Tərcümə şöbəsi



Chosen
29
1
aia.az

2Sources