EN

Əncir qabığının dəriyə faydası sizi təəccübləndirəcək

Təbii dəriyə qulluq üsullarına maraq artdıqca əncir qabıqları da diqqət mərkəzinə düşür. Adətən yalnız meyvəsi istehlak olunan əncirin qabığı isə dəri sağlamlığı üçün gözlənilməz faydalar təqdim edir.

E-saglam.az xəbər verir ki, əncir qabıqları güclü antioksidant təsirə malikdir. Bu xüsusiyyət dərini sərbəst radikallardan qoruyur, incə qırışların və vaxtından əvvəl qocalmanın qarşısını alaraq daha gənc görünüş qazandırır.

Antibakterial təsiri sayəsində müntəzəm istifadə zamanı sızanaqların azalmasına və dəri tonunun bərabərləşməsinə kömək edir. Beləliklə, dəri daha hamar və sağlam görünür.

Əncir qabıqları həm də təbii nəmləndirici rolunu oynayır. Quru və solğun dəriyə əlavə nəm verərək onu yumşaldır və parlaq görünüş yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hər bir təbii vasitə kimi əncir qabıqlarından istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Xüsusən həssas dəridə qıcıqlanma riski ola bilər, buna görə də tətbiqdən əvvəl kiçik bir nahiyədə sınamaq məsləhətdir. Egzema və ya dermatit kimi dəri problemləri olan şəxslər isə həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
26
e-saglam.az

1Sources