EN

® Silk Way West Airlines ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Silk Way West Airlines şirkəti Britaniya Standartlar İnstitutu (BSI) tərəfindən ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi (EMS) sertifikatına layiq görülüb. Bu, aviaşirkətin ətraf mühitin qorunması məsuliyyəti istiqamətində atdığı əhəmiyyətli addımların göstəricisidir.

Beynəlxalq səviyyədə tanınan sertifikat, aviaşirkətin təkmilləşdirilmiş resurs səmərəliliyi, çirklənməyə nəzarət və iqlim əhəmiyyətli əməliyyatlar vasitəsilə ətraf mühitə təsirini azaltmaq öhdəliyini təsdiq edir. “Bu nailiyyət bizim işgüzar nüfuzumuzu artırır və müştərilərimiz, tərəfdaşlarımız və tənzimləyicilərimizlə güclü, etimada əsaslanan əlaqələr qurmaq öhdəliyimizi əks etdirir”, - deyə Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib.

ISO 14001 standartlarının icrası Silk Way West Airlines şirkətinin tənzimləyici standartlara cavab vermək, əməliyyat səmərəliliyini artırmaq və daxili dayanıqlılıq mədəniyyətini tətbiq etmək qabiliyyətini gücləndirir.

Əldə olunmuş nailiyyət əsasında daxili dayanıqlılıq proqramlarını tətbiq etmək, əməkdaşları təlimlərə cəlb etmək və ISO 50001 enerjinin idarəolunması sertifikatı kimi əlavə sertifikatlar qazanmaqla, həmçinin GRI kimi qlobal hesabat platformalarında iştirak etməklə aviaşirkət özünün ekoloji strategiyasını inkişaf etdirməyi planlaşdırır.

Əsası 2012-ci ildə İpək Yolunun qəlbi olan Bakıda qoyulmuş Silk Way West Airlines, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Boeing 777F, 747-8F və 747-400F təyyarələrindən ibarət donanması ilə hər ay dünyanın müxtəlif istiqamətlərinə yüzlərlə uçuş həyata keçirir. Dayanıqlılıq və səmərəliliyə sadiq olan Silk Way West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə 2030-cu ilədək donanmasını ən müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət illik 500 min tondan artıq yük dövriyyəsi ilə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikada 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərir.

Chosen
7
6
azertag.az

7Sources