Hindistanda kişi dəfn edilən zaman dirilib və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bir neçə gün əvvəl həmin şəxs bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Həkimlər yaxınlarına onu xilas etməyin mümkün olmadığını bildiriblər və bundan sonra ailə dəfn mərasimi üçün hazırlıqlara başlayıb. Lakin dəfn mərasimi zamanı kişi dirilb və hərəkət etməyə başlayıb. Onun ayıldığını görən yaxınları təcili tibbi yardım çağırıb.
Hazırda kişi süni nəfəs aparatına qoşulub, vəziyyəti ağır, lakin stabildir.