EN

Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub hadisə yerindən qaçdı - ANBAAN VİDEO

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda yük maşını iki avtomobili vurub qaçıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi şosesi ilə Biləcəri-Baksol yolunun kəsişməsində hərəkətdə olan "Isuzu" markalı, 77-GR-125 dövlət qeydiyyat nişanlı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Nissan" və BYD markalı avtomobilləri vurub. Avtomobillərə xeyli zərər yetirən sürücü hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yük avtomobili saxlanılaraq, sürücüsü barəsində tədbir görülüb.
Samir Əli
Chosen
72
50
oxu.az

10Sources