Ermənistanın Azərbaycanın hərbi gücü ilə müqayisədə geri qalması gələcək təhlükəsizlik arxitekturasına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Ermənistandakı rasional şəxslər başa düşür ki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın gələcəyi və onun təhlükəsizliyi ilə bağlı ən yaxşı təminatdır. Hərbi cəhətdən rəqabətə girmək və sürətlə silahlanma Ermənistan üçün ciddi zərər verə biləcək perspektivlər vəd edir. Azərbaycanla Ermənistan arasında hazırda hərbi büdcə baxımından 3 dəfə fərq var. Və Ermənistan əgər hərbi xərcləri bundan sonra artırmaq yox, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün fəaliyyət göstərəcəksə, bu əlbəttə ki, bölgənin maraqlarına uyğun olacaq. Beləcə Azərbaycan da hərbi xərcləri azaldacaq və onu daha çox iqtisadiyyatın inkişafına yönəldəcək. Yeni, sabit, təhlükəsiz və rifah dönəminin başlanması və mühitinin yaranmasına gətiribb çıxardacaq. Bölgənin silah yarışından imtinası bölgə üçün kifayət qədər müsbət perspektivlər vəd edir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31