EN

Paşinyan Moskvaya gedir: Putinlə görüşəcək

Sentyabrın 26-dan 30-dək Moskvada Ümumdünya Atom Həftəsi keçiriləcək. İclasda öz ölkələrində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderləri iştirak edəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan da Moskvaya gedəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “MediaHub” məlumat yayıb.

"Mənbəmizin bildirdiyinə görə, tədbirə Nikol Paşinyan da dəvət olunub, o, Moskvaya gedəcək. Bundan başqa, o, Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyini gözləyir. Bununla bağlı sualımıza Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Armen Xaçatryan ənənəvi cavab verib: "Hökumət rəhbərinin səfərləri ilə bağlı məlumat vaxtında ötürülür””.

 Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Ümumdünya Atom Həftəsində iştirakını istisna etməyib. Qeyd edək ki, Paşinyan və Putin arasında sonuncu görüş avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Xəzər

“Cebheinfo.az”

Chosen
14
1
cebheinfo.az

3Sources