EN

İğdır Universitetinin rektoru ADAU da olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 10 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Türkiyə Respublikasının İğdır Universitetinin rektoru Ekrem Gürel Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü qabarıq şəkildə göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq həm ölkələrimizin gələcəyi, həm də gənclərimizin daha keyfiyyətli təhsil alması baxımından mühüm əhəmiyyət daşıyır.

“Görüşümüzün məqsədi universitetlərimiz arasında elmi-tədqiqat, tədris, tələbə və müəllim mübadiləsi sahələrində daha sıx əməkdaşlıq imkanlarını müzakirə etməkdir. İnanıram ki, birgə layihələr, müştərək konfranslar, ortaq təhsil proqramları və innovativ təşəbbüslər hər iki ali təhsil ocağına fayda gətirəcək. Əminəm ki, bu əməkdaşlıq yalnız universitetlərimizin deyil, bütövlükdə kənd təsərrüfatı və aqrar sahədə kadr hazırlığının inkişafına töhfə verəcək,” – deyə Zəfər Qurbanov bildirib.

Ekrem Gürsel birgə əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib, qarşılıqlı səylərin hər iki ölkənin aqrar sahəsində mütəxəssis hazırlığına da fayda verəcəyindən əminliyini ifadə edib.

Sonda qonaqlar universitetin müasir laboratoriyaları, qapalı balıq yetişdirmə laboratoriyası, vivariumu və yenidən qurulan ADAU TV studiyası ilə yerində tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
50
azertag.az

10Sources