EN

Trampa qarşı kütləvi etirazlar BAŞLAYIR

Oktyabrın 18-də ABŞ-da Trampın siyasətinə qarşı kütləvi etirazlar keçiriləcək

Oktyabrın 18-də ölkə boyu ABŞ Prezidenti Trampın siyasətinə qarşı nümayişlər keçiriləcək. Bu barədə “No Kings” (Krala yox deyək – ANS Press) aksiyasının təşkilatçıları öz saytında məlumat yayıblar.

“Oktyabrın 18-də milyonlarla insan dünyaya göstərmək üçün bir daha ortaya çıxacaq: Amerikanın kralları yoxdur, hakimiyyət xalqındır… İyun ayında dünya xalqın gücünü gördü və prezident Trampın özünün tacqoyma mərasimi təşkil etmək cəhdi onun hakimiyyətdən sui-istifadə etməsinə qarşı çıxan insanların müqaviməti ilə uğursuzluğa düçar oldu.

İndi o, səylərini ikiqat artırır – ordumuzu icmalarımızın üstünə göndərir, seçiciləri hüquqlarından məhrum edir, adi ailələr dolanmaq üçün mübarizə apararkən o, milyarderlərə hədiyyələr paylayır. Bu, təkcə siyasətlə bağlı deyil, söhbət demokratiyaya qarşı diktaturadan gedir”, – bəyanatda deyilir.

Təşkilatçılar bütün ölkə üzrə nümayişə ən azı 5-6 milyon insanın çıxacağını gözləyirlər.

Chosen
13
veteninfo.az

1Sources