EN

Buryatiyada zəlzələbaş verdi

Buryatiyada 3,6 bal gücündə zəlzələ baş verib

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, seysmik hadisə Barquzinski rayonunda qeydə alınıb və yeraltı təkanlar zəif hiss olunub.

Hazırda ərazidə həyat təminatı obyektləri və enerji infrastrukturu yoxlanılır, dağıntı və ya ciddi ziyanla bağlı məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl, sentyabrın 5-də Sakit okeanda Kamçatkanın şərq sahillərində də 5,3 bal gücündə zəlzələ qeydə alınmışdı.

Aminə ŞAHSUVARQIZI

Chosen
125
1
redaktor.az

3Sources