EN

"Qarabağ"ın futbolçusuna 3 təklif var

Azərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın 3 ölkəsindən təklif gəlib.
Offsideplus.az xəbər verir ki, onun son vaxtlar göstərdiyi performans klubların diqqətindən yayınmayıb.
İsveç, Danimarka və Polşa klublarının rəsmiləri gənc hücumçuya görə "Qarabağ"la əlaqə saxlayıb.
Nəriman ilə ötən yay Səudiyyə Ərəbistan klubları da maraqlanıb. Onlar 21 yaşlı futbolçuya Ağdam təmsilçisində qazandığından 3 dəfə artıq məvacib təklif etmişdi.
O, bunu qəbul etsə də, "Qarabağ" bu keçidə icazə verməmişdi.

(sportinfo.az)
Chosen
55
2
sherg.az

3Sources