EN

® Maliyyə savadlılığı hər yaşda önəmlidir – “Bank of Baku”dan təlim

Bakı, 10 sentyabr, AZƏRTAC

Maliyyə savadlılığı mövzusu “Bank of Baku”nun daim diqqət mərkəzindədir və bank fərqli kommunikasiya kanalları vasitəsilə ardıcıl maarifləndirmə işləri aparır.

Sentyabrın 9-da isə “Bank of Baku” tərəfindən yaşlı nəslin nümayəndələri üçün “Maliyyə savadlılığı hər yaşda önəmlidir" adlı təlim təşkil olunub.

“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi ilə birgə keçirilən təlimin əsas məqsədi cəmiyyətimizin yaşlı nümayəndələrini gündəlik maliyyə əməliyyatları, son dövrlərdə geniş yayılmış fırıldaqçılıq və dələduzluq metodları barədə məlumatlandırmaq olub.

Bankın Ödəniş sistemləri departamentinin əməkdaşı, təlimçi Gülər Mirzəyeva tədbir iştirakçılarına bank kartları ilə ödənişlərin təhlükəsizliyi, şəxsi bank məlumatları və bu məlumatların əhəmiyyəti, eləcə də təmassız və ya onlayn ödənişlər edərkən diqqət edilməli əsas nüanslar barədə məlumatlar verib. Əlavə olaraq, kart hesabındakı vəsaitləri fırıldaqçılardan qorumaq mövzusuna xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, tədbirin əsas fərqləndirici məqamı təlimin səhər yeməyi süfrəsi ətrafında, səmimi bir atmosferdə keçirilməsi olub. Bu format iştirakçılara interaktiv müzakirələri daha rahat şəkildə aparmağa imkan yaradıb. 20-dən çox iştirakçı onları maraqlandıran sualları səsləndirib, qarşılaşdıqları real fırıldaqçılıq hallarını paylaşaraq faydalı tövsiyələr alıblar.

Tədbirin sonunda hər bir iştirakçıya təşəkkür simvolu olaraq sertifikatlar və hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Chosen
15
7
azertag.az

9Sources