EN

“Tottenhem”in müdafiəçisi ilə maraqlanır - 80 milyon avro ödəməyə hazırdır

“Real” “Tottenhem”in müdafiəçisi Mikki van de Venlə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu niderlandlı futbolçunu qarşıdakı qış üçün transfer hədəflərindən biri hesab edir.

“Kral klubu” müdafiəçi üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.

Van de Ven 2024/25 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 22 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.

Chosen
39
sportinfo.az

1Sources