EN

"Putin NATO-nu sınağa çəkir: Polşa üzərində dron hücumu Avropanı silkələdi" - BBC

 

"NATO sərhədlərində eskalasiya Avropa üçün son dərəcə təhlükəli presedentdir..."

10 sentyabr gecəsi Rusiya Ukraynanın qərb bölgələrinə genişmiqyaslı dron hücumu həyata keçirib. Onlardan bir neçəsi Polşa hava məkanına daxil olaraq, Lyublin vilayətində yaşayış evinə və avtomobilə zərər vurub.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Dron hücumu, yoxsa təxribat? 

Polşa ordusu dərhal dronları vurub, qalıqları isə müxtəlif ərazilərdə aşkarlanıb. Bu, NATO ölkəsinin səmasında Rusiya pilotsuz aparatlarının ilk dəfə zərərsizləşdirilməsidir. Varşava hökuməti təcili iclas keçirib, amma insidenti "birbaşa hücum" kimi qiymətləndirməyib. Polşa rəsmiləri bunu "təxribat" adlandıraraq, açıq eskalasiyadan qaçmağa çalışıb.

NATO və ABŞ-ın reaksiyası

Hadisədən dərhal sonra Alyans qırıcıları və AWACS təyyarələri havaya qaldırılıb. NATO-nun rəsmi açıqlamasında Polşaya dəstək vurğulansa da, hadisənin "hücum aktı" kimi tanınmadığı diqqətdən yayınmayıb. Bu, Kremlin gərginliyi artırmaq məqsədilə sərhədləri yoxlamasının bir nümunəsi kimi dəyərləndirilir. Vaşinqton isə daha sərt mövqe tutub. ABŞ Konqresindəki respublikaçılar bunu "NATO-ya qarşı açıq hücum" adlandıraraq, prezident Donald Trampı Rusiyaya qarşı yeni və dağıdıcı sanksiyalara çağırıb.

Avropanın mövqeyi

Avropa İttifaqının rəhbərliyi Moskvanın bu addımını Avropanın təhlükəsizlik arxitekturasına təhdid kimi görüb. Ursula fon der Lyayen sərhədlərin qorunması üçün "dron divarı" layihəsinin başladığını elan edib. Ukrayna prezidenti Vladimir Zelenski isə baş verənləri "Avropa üçün son dərəcə təhlükəli presedent" kimi dəyərləndirərək, Qərbi daha sərt addımlar atmağa çağırıb.

Moskva isə hadisəyə şərh verməyib. Lakin mütəxəssislər hesab edir ki, bu, Kreml üçün tipik "gərginlik testi"dir - NATO-nun həssas sərhədlərini yoxlamaq və açıq münaqişədən qaçaraq təzyiqi artırmaq. Polşaya yönəlmiş dron hücumu, əslində, Kremlin strateji oyununun bir hissəsidir.

Ukraynada hərbi cəbhədə dalana dirənmiş Moskva Qərbi qorxutmaq, NATO-nun birliyini sınamaq və Avropanı yoraraq kompromisə məcbur etmək istəyir. Varşavanın təmkinli davranışı eskalasiyadan yayınmaq cəhdi olsa da, ABŞ və Avropa İttifaqının sərt mövqeyi göstərir ki, Qərb artıq Putinin "kiçik testləri"nə biganə qalmayacaq.

Chosen
33
1
moderator.az

2Sources