ain.az bildirir, Marja.az portalına istinadən.
Brüsseldə hazırda Rusiyaya qarşı 19-cu sanksiya paketi müzakirə olunur
Marja xəbər verir ki, İtaliya agentliyinin məlumatına görə, rusiyalılara turizm vizalarının verilməsinin sərtləşdirilməsi və ya tamamilə ləğv edilməsi nəzərdən keçirilir.
Paketə daxil ola biləcək başqa bir tədbir isə rusiyalı diplomatların Şengen zonasındakı sərbəst hərəkətinə qadağa qoyulmasıdır. Bu variant artıq Çexiya Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq səsləndirilib.
Təkliflərin sentyabrın 12-də nəzərdən keçirilməsi planlaşdırılır. Moskva isə cavab olaraq eyni tədbirlər görəcəyini bəyan edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.