EN

Ukraynada NABU ətrafında qalmaqal: SBU onun Rusiya ilə əlaqələrini ortaya çıxardı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) prokurorluq və Dövlət İstintaq Bürosu (DİB) ilə birgə Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşını yalan bəyannamə təqdim etməkdə və daşınmaz əmlakı gizlətməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə “Qordon” kanalı məlumat yayıb.

İstintaqın məlumatına görə, 2023-cü ilin dekabrında həmin əməkdaşın ailəsi Ujqorodda yeni yaşayış komplekslərindən birində dəyəri təxminən 100 min dollar olan ikiotaqlı mənzil alıb. SBU bildirir ki, əmlakın onlara məxsus olduğunu gizlətmək üçün məmur həyat yoldaşı ilə birgə mənzilin sənədlərini yaxın tanışlarının anasının adına rəsmiləşdirib.

Buna baxmayaraq, ailə həmin mənzildə yaşasa da, NABU əməkdaşı 2023-cü il üzrə bəyannaməsində bu əmlaka dair heç bir məlumat göstərməyib. 2024-cü il üçün təqdim edilən sənədlərdə isə mənzil guya “icarəyə götürülmüş” kimi qeyd olunub.

Bundan başqa, SBU vurğulayıb ki, həmin məmurun valideynlərinin Rusiya pasportları var və onlar hazırda müvəqqəti işğal altında olan ərazilərdə yaşayırlar. Lakin o, dövlət sirrinə giriş üçün sənədləri doldurarkən bu məlumatı gizlədib ki, bu da qanun pozuntusu sayılır.

Musavat.com

Chosen
18
musavat.com

1Sources