EN

Ukrayna millisində narazılıq: Azarkeşlər Rebrovun istefasını tələb edirlər

Azərbaycanla heç-heçə Ukrayna millisində gərgin atmosfer yaradıb. Dünya çempionatının seçmə mərhələsinin ikinci turunda gözlənilməz xal itkisi azarkeşlərin səbir kasasını daşırıb.

Oxu.Az “RBC-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun istefaya getməli olması geniş müzakirə edilir.

Azarkeşlər, xüsusilə də sosial mediada fəal olan istifadəçilər, Azərbaycanla 1:1 hesablı bərabərlikdən sonra təcrübəli mütəxəssisin postunu tərk etməsini tələb edirlər.

Baş məşqçiyə yönələn tənqidlər o qədər artıb ki, Rebrov şəxsi “Instagram” səhifəsində şərh bölməsini məhdudlaşdırmaq məcburiyyətində qalıb. Onun son paylaşımları altında “Zəhmət olmasa, istefa verin” kimi çoxsaylı çağırışlar yer alıb.

Qeyd edək ki, matçdan sonra Sergey Rebrov mətbuat konfransında üzrxahlıq etsə də, fanatlar buna kifayət qədər anlayışla yanaşmayıblar. Şərh bölməsinin bağlanması isə sosial mediada daha böyük rezonans doğurub.

Chosen
23
1
editor.az

2Sources