Ermənistanda hakimiyyət dəyişikliyi gündəmimizdədir.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan barəsində məhkəmə iclası öncəsi açıqlama verib. O bildirib ki, ölkədə hakimiyyət dəyişikliyi məsələsi mütəmadi olaraq gündəmdədir.
Sarkisyanın sözlərinə görə, hakimiyyətin uzaqlaşdırılmasının müxtəlif yolları mövcuddur:
“Bunun iki üsulu var – nepallı və fransız modeli. Xalqımıza hansını təklif etməliyik? Ən düzgün və optimal yol hökumətə və baş nazirə etimadsızlıq ifadə etmək, yəni impiçment elan etməkdir”, – deyə sabiq prezident vurğulayıb.