Hətta sülh müqaviləsi imzalansa belə, yaxın vaxtlarda sülhün tam və qəti bərqərar olmasından danışmaq olmaz.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Mirzoyanın sözlərinə görə, hazırda tərəflər arasında eskalasiya riski minimaldır.
O qeyd edib ki, buna baxmayaraq, bir sıra həll olunmamış məsələlər qalır, bunların arasında saxlanılanların məsələsi də var.