EN

Rusiya dronları Polşa üzərində – təsadüf, yoxsa planlı addım? - AÇIQLAMA

"Rusiya dronlarının Polşa ərazisində olmasını mən təsadüfi hal kimi dəyərləndirə bilmirəm. Çünki artıq dörd ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi gedir və bu müddət ərzində çox az hallarda belə hadisə baş verib. Əgər təsadüfi olsaydı, onda bir və ya iki dron Rusiya ərazisindən Polşaya daxil ola bilərdi və bu, təsadüf kimi qiymətləndirilərdi".

Bu fikirləri Ölkə.az-a açıqlamasında politoloq Samir Hümbətov Rusiya ordusuna məxsus zərbə dronlarının Polşanın hava məkanını pozmasını şərh edərkən deyib

Onun sözlərinə görə, amma bir neçə dronun Polşa ərazisində peyda olması, orada uçuşlar həyata keçirilməsi və s. bunlar təsadüfi deyil:

"Mən düşünürəm ki, Rusiya tərəfindən bunun arxasında məqsədyönlü plan ola bilər. Yaxud da Polşanın özündə buna bir istək ola bilər. Qərb bloku, o cümlədən NATO-nun da müəyyən istəkləri ola bilər. Müxtəlif versiyalar səsləndirilir. Amma hər vəziyyətdə əgər bu hal Rusiya tərəfindən gəlibsə, demək ki, ilk məqsəd və istək də məhz Rusiya tərəfindəndir. Məncə, bu addım atılmaqla bir növ Polşanı və NATO blokunu test etməyə çalışır ki, onların reaksiyasını öyrənsin.

Digər tərəfdən, Rusiyanın dronları həmin ərazilərdə uçurmasının ikinci bir səbəbi də ola bilər. Məsələn, Ukraynaya göndərilən silahların və hərbi texnikanın Polşa ərazisindən hansı istiqamətlər üzrə keçirildiyini, harada yerləşdirildiyini və s. öyrənmək istəyi ilə bağlı ola bilər. İndi burada fərqli vəziyyətlər var. Amma görünən odur ki, bu cür addımlar yaxın gələcəkdə tərəflər arasında bir gərginliyin baş verməsi üçün zəmin də yarada bilər".

Həmidə İbrahimova

Chosen
27
1
olke.az

2Sources