EN

Nepalda həbsxanalardan qaçanların sayı artdı

ain.az, Gununsesi saytına istinadən bildirir.

Ötən gündən Nepalı bürüyən kütləvi iğtişaşlardan sonra həbsxanalardan qaçan məhbusların sayı 7557-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Republica” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bundan öncə 1500 məhbusun həbsxanadan qaçdığı ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, Nepalda zorakılıqla müşayiət olunan küçə etirazları ötən həftə elan edilmiş sosial media qadağasından sonra başlayıb. Bir neçə gün davam edən və qan tökülməsi ilə nəticələnən etirazlardan sonra baş nazir istefa verib.

25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı etirazlardan sonra sosial mediaya qoyulan qadağa ləğv edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
67
icma.az

1Sources