EN

Tramp ABŞ-da ukraynalı qadının qatilinə edam cəzası tələb edib

ABŞ-da 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanın qatili ölüm cəzasına məhkum edilməlidir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.

“Ukraynadan Amerikaya sülh və təhlükəsizlik dalınca gələn gözəl gənc qızı bu qədər vəhşicəsinə öldürən heyvan “sürətli” (şübhəsiz!) mühakimə olunmalı və yalnız ölüm cəzasına məhkum edilməlidir”, - Tramp qeyd edib.

O vurğulayıb ki, qatili cəzalandırmaq üçün başqa variant ola bilməz.

QAZİLER.AZ

Chosen
1
qaziler.az

1Sources