EN

ABŞ, 2025 ci ilin sonuna neftin qiymətinin düşəcəyini proqnozlaşdırır

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), hazırda 67 dollar səviyyəsində olan Brent markalı neftin qiymətinin 2025-ci ilin dördüncü rübündə 59 dollara qədər düşəcəyini gözləyir.

Marja xəbər verir ki, EIA-nın sentyabr 2025-ci il üzrə Qısamüddətli Enerji Proqnozları Hesabatına əsasən, yay mövsümündən sonra tələbatın azalması və qlobal təklifin artması qiymətlərdə 10%-dən çox geriləməyə səbəb olacaq. Proqnoza görə, 2026-cı ilin baharında isə Brent neftinin qiyməti 49 dollara qədər düşə bilər.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Hesabatda qeyd olunur ki, qiymətlərin aşağı düşməsi OPEC+ və digər istehsalçı ölkələri hasilatı azaltmağa vadar edər, bu isə 2026-cı ilin sonrakı dövrlərində qlobal neft ehtiyatlarının artımını ləngidə bilər.

EIA qiymət proqnozları ilə bağlı qeyri-müəyyənliklərə də diqqət çəkib. Rusiyanın Ukraynaya qarşı müharibəsi, yeni sanksiyalar ehtimalı və ABŞ-ın ticarət danışıqları bazarda riskləri artırmaqda davam edir. Bundan başqa, ilin sonuna doğru gözlənilən təklif artıqlığı OPEC+ ölkələrinin hasilat strategiyalarına yenidən baxmasına səbəb ola bilər.

EIA 2025-ci il üzrə Brent markalı neftin orta illik qiymət proqnozunu 67,22 dollardan 67,80 dollara yüksəldib. ABŞ xam neftinin orta illik qiyməti isə əvvəlki hesabatdakı 63,58 dollardan 64,16 dollara qaldırılıb.

Hesabatda bildirilir ki, qlobal neft ehtiyatlarında artım müşahidə olunsa da, qiymətlərdə ciddi azalma baş verməyib. İstehsal artıqlığının bir hissəsi Çin kimi ölkələrin strateji ehtiyatlarına və daxili bazar tələbatına yönəldilib. OECD ölkələrinin ehtiyatları da qısa müddət əvvəl mövsümi orta göstəricini keçib. Proqnozlara görə, ehtiyatlar 2026-cı ilin sonuna qədər son 5 ilin orta səviyyəsinin yuxarı həddinə çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
3
marja.az

4Sources