EN

Tramp ukraynalı qadının qatilinə ölüm hökmü istəyib

Bakı. Trend:

Ukraynalı qaçqın İrina Zaruçskayanın qatilinə ölüm hökmüverilməlidir.

Trend xəbər verirki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosialşəbəkə hesabında yazıb.

Amerikalı lider cinayətkarı “heyvan” adlandıraraq, sürətliməhkəmə prosesinin vacibliyini vurğulayıb. Tramp bildirib ki, ölümhökmü qatilə tətbiq oluna biləcək yeganə cəza olmalıdır.

“Ukraynadan olan gözəl qızı amansızcasına qətlə yetirən heyvandərhal məhkəmə qarşısına çıxarılmalı və ölümə məhkum edilməlidir.Başqa variant ola bilməz”, - deyə prezident yazıb.

Bir neçə gün əvvəl ABŞ-nin Şarlott şəhərində afroamerikalı birşəxs ukraynalı İrina Zaruçskayanı bıçaqlayaraq qətlə yetirib.Hadisə qatar vaqonunda baş verib.

Məqalədə:
Chosen
90
az.trend.az

1Sources