Daşkəsəndə azyaşlını maşın vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. "VAZ" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2020-ci il təvəllüdlü T.Allahverdiyevanı vurub. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.