EN

Xankəndidə "avtoşluq" edən 2 sürücü tutuldu – BU CƏZA VERİLDİ

Xankəndi şəhərində avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında şəhərdə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər aşkar edilib.


Müəyyən edilib ki, “VAZ-21154” markalı 20DH355 qeydiyyat nişanlı və “VAZ-21154” markalı 99XD195 qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə Xankəndi şəhərinin əsas avtomobil yolunda sürət yarışı həyata keçirilib.


Həmin avtomobilləri idarə edən 2004-cü il təvəllüdlü Şəki sakini Orxan Hümbətzadə və 2002-ci il təvəllüdlü Bərdə sakini Tural Baxışlı saxlanılıb. Onların sürət yarışını kənardan videoya çəkmələri də müəyyən edilib.

Hər iki sürücüyə 500 manat cərimə tətbiq edilib. Onların sürücülük vəsiqələrinin etibarlılığı 1 il müddətinə də məhdudlaşdırılıb.


Chosen
45
1
news24.az

2Sources