EN

Nepalda etirazçılar maliyyə nazirini çayda döydü - VİDEO

Nepalın maliyyə naziri Bişnu Prasad etirazçıların hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, etiraz iştirakçıları onu çaya qovublar və dəyənəklərlə döyüblər.
 

Eyni zamanda, etirazçılar sabiq baş nazirin qohumu olan qadını öldürüblər. KİV-in məlumatına görə, kütləvi iğtişaşların başlanmasından bəri artıq 20 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.


Gənclərin etiraz təzyiqi altında baş nazir Şarma Oli istefa verib, nümayişçilər isə hakimiyyətin Katmandu meri Balendra Şaha verilməsini tələb ediblər.

Qeyd edək ki, etirazlara səbəb sosial şəbəkələrdən istifadəyə qoyulan məhdudiyyətlər olub: sentyabrın 4-də hökumət Facebook, Instagram, WhatsApp və daha 26 məşhur platformanı qadağan etmişdi.


Bizim.Media

Chosen
1
3
bizim.media

4Sources