EN

“NATO öz ərazisini uğurla müdafiə etdi” –Baş katib Polşaya PUA hucumu barədə

“Hava hücumundan müdafiə sistemləri işə salındı ​​və nəzərdə tutulduğu kimi NATO ərazisini uğurla müdafiə etdi“.

AzPost bildirir ki, bu sözləri NATO Baş Katibi Mark Rutte deyib.

Onun sözlərinə görə, əməliyyatda Polşa ilə birlikdə bir neçə müttəfiq iştirak edib: “Onların arasında Polşa F16-ları, Hollandiya F35-ləri, İtaliyanın AWACS-ı, NATO-nun çoxməqsədli tankeri və Alman Patriot sistemləri var idi. Mən pilotlara və bu sürətli və bacarıqlı cavabın verilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

 

AzPost.az

Chosen
78
1
azpost.info

2Sources