EN

24 saat ərzində 5 ölkəyə hücum edən İsraildən yeni təhlükə: xarabalıq olacaq

ain.az bildirir, Turkstan.az portalına istinadən.

İsrail son 24 saat ərzində Suriya, Tunis, Qətər, Livan və açıq dənizlərdə hədəfə aldığı müxtəlif nöqtələrlə beynəlxalq diqqəti üzərinə çəkib.

Turkustan.az xəbər verir ki, ilk hücum Suriyada qeydə alınıb. İsrail ordusu Homs bölgəsində hava hücumundan müdafiə bölməsinə, Latakiyadakı raket və sursat anbarlarına, eləcə də Palmiradakı radar sistemlərinə aviazərbələr endirib.

Sentyabrın 9-da səhər saatlarında, Tunis sahillərində yerləşən Qlobal Sumud Flotilliyasına məxsus bir gəmi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Hücum nəticəsində flotilliyanın aparıcı gəmisi olan "Ailə qayığı" zədələnib. Gəminin dərman, uşaq qidası və digər humanitar yardım ləvazimatları daşıdığı bildirilib.

Eyni gün Qətərin paytaxtı Dohada, HƏMAS liderlərinin iştirakı ilə keçirilən bir toplantı İsrailin hücum hədəfinə çevrilib. Hədəf alınanlar arasında HƏMAS liderləri Musa Əbu Mərzuq və Xalid Məşal da olub. HƏMAS tərəfindən yayılan məlumatda hücum nəticəsində insan tələfatının olmadığı bildirilib.

İsrailin hücumlarının hədəfində Əl-Udeyd aviabazası yaxınlığında yerləşən HƏMAS ofisi də olub. Bu hərəkətlər regional gərginliyi artırdı, İsrailin müdafiə naziri Yisrael Katz HƏMAS məhbusları azad etməsə, Qəzzanı xarabalığa çevirməklə hədələdi. Bu təhdiddən sonra İsrail hava hücumları ilə Qəzzada hündürmərtəbəli binaları sökməyə başlayıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
icma.az

2Sources