1-ci Liqa təmsilçisi "Baku Sportinq"ə yeni baş məşqçi təyin edilməyəcək.
Bu barədə Fanat.Az-a sözügedən komandasın sözçüsü Araz Əhmədov məlumat verib:
"Elman Sultanovla yolların ayrılmasından sonra yeni baş məşqçi təyinatı nəzərdə tutulmayıb. Komandanı oyunlara Röyal Nəcəfov, Samir Ələkbərov və Kərim Diniyevdən ibarət məşqçilər heyəti çıxaracaq".
Xatırladaq ki, "Baku Sportinq" Sultanovla 5 illik müqavilə imzalandığını bəyan etsə də, sonradan onunla əməkdaşlığa son qoyulub.
Nihat