EN

Uçot dərəcəsi bir az da aşağı salınmalıdır İqtisadçı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Pul bazasının ölkənin iqtisadi inkişafında rolu böyükdür. İnflyasiyanın baş verməməsi və işgüzar fəallığın ləngiməməsi üçün baza tənzimlənməsi düzgün aparılmalıdır.  Bu, hər bir hökumətin qarşısında duran ən vacib məsələlərdən biridir”.

Bu fikirləri 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov söyləyib. O qeyd edib ki, pul bazası Azərbaycan Mərkəzi Bankı tərəfindən  idarə olunur. Həm əlavə kredit resurslarının verilməsi həm də maliyyə bazarında müvafiq əməliyyatlar vasitəsilə dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması yolu ilə:

“Mərkəzi Bankın məlumatına görə, son bir ayda pul bazası 0.57 faiz azalıb. İllik müqayisədə isə 2.8 faiz artıb. Fikrimcə bu azdır. İl ərzində işgüzar fəallıq üçün bu faiz qaneedici deyil. Hesab edirəm ki, uçot dərəcəsi bir az da aşağı salınmalıdır. Bu, ölkədə pul bazasının genişlənməsinə təkan verərə. Həmçinin ölkədə pul bazasının genişləndirilməsi üçün AMB tərəfindən pul-kredit siyasəti çox da  yumşaldılmamalıdır”. 

Sevinc QARAYEVA

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
525.az

1Sources