EN

Zəngəzur dəhlizinin daha bir üstünlüyü - Əliyev AGEM ölkələrinə istiqamət göstərdi...


Ceyhun Məmmədov: “...Azərbaycanın irəli sürdüyü ideya və təşəbbüsləri dəstəkləməli, o prosesə öz töhfələrini verməlidirlər”

Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunur ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir:

“Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”.

Prezident Əliyev Zəngəzur dəhlizinin AGEM üzvləri arasında əməkdaşlığın inkişafında böyük rol oynayacağını deyib.

“Zəngəzur dəhlizi təkcə Azərbaycana yox, bütövlükdə bölgəmizin inkişafına mühüm töhfələr verə biləcək bir layihədir”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, ilk dəfə deyil, əvvəllər də Azərbaycan Prezidenti bu məsələlərə çox geniş bir formada toxunub. “Yəni Azərbaycanın mövqeyini açıqlamışdı. Azərbaycan hesab edir ki, Asiya dövlətləri arasında əməkdaşlığın inkişafı baxımından Zəngəzur dəhlizi xüsusi əhəmiyyətə malikdir. Yəni Azərbaycanın yanaşması odur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycana yox, bütövlükdə bölgəmizin inkişafına mühüm töhfələr verə biləcək bir layihədir. Asiya ölkələri də bu layihələrdən istifadə edə bilərlər. Bu layihədən istifadə, bu layihəni dəstəkləmək bütövlükdə bölgəmizin inkişafına öz müsbət və ciddi töhfələrini verə bilər. Yəni bu gün əslində bunun üçün də çox geniş imkan və potensiallar var. Azərbaycan çalışır və bizim gözləntilərimiz ondan ibarətdir ki, digər Asiya dövlətləri də çalışsınlar. Bəli, burda cənab Prezidentin bir yönləndirməsi, istiqamətləndirməsi var idi ki, bu gün həmin dövlətlərin üzərinə hansı vəzifə düşür. Yəni onlar da Azərbaycan kimi bu məsələyə həssas yanaşmalıdırlar, Azərbaycanın irəli sürdüyü ideya və təşəbbüsləri dəstəkləməli, o prosesə öz töhfələrini verməlidirlər. Bu, eyni zamanda, bizim ölkələrimiz arasında etimadın güclənməsinə, möhkəmlənməsinə də birmənalı olaraq öz töhfəsini verəcək”-deyə C.Məmmədov qeyd etdi.

İradə SARIYEVA

Chosen
6
baki-xeber.com

1Sources