EN

Trampdan ukraynalı qaçqının qatili ilə bağlı ÇAĞIRIŞ

ABŞ prezidenti Donald Tramp ukraynalı qaçqın İrina Zarutskayanı ABŞ-da öldürən cinayətkarın edam olunması barədə çağırış edib.

Busaat.az xəbər verir ki, o, “Truth” sosial şəbəkəsində bununla bağlı müvafiq yazı dərc edib:

“Ukraynadan Amerikaya sülh və təhlükəsizlik dalınca gələn gözəl gənc qızı belə vəhşicəsinə öldürən biri tez mühakimə olunmalı və yalnız ölüm cəzasına məhkum edilməlidir. Başqa variant ola bilməz!”.

Xatırladaq ki, cinayət sentyabrın 6-da Şimali Karolinada əvvəllər oğurluq, soyğunçuluq və silah saxlamaqda təqsirli bilinən 34 yaşlı kiçik DeKarlos Braun tərəfindən törədilib. Hücumdan dərhal sonra polis onu saxlayıb.

Yeganə

Chosen
24
busaat.az

1Sources