EN

Larrı Ellison Dünyanın Ən Zəngini Statusunu Qazandı

Oracle şirkətinin həmtəsisçisi Larrı Ellison ilk dəfə olaraq dünyanın ən zəngin insanları siyahısında birinci pilləyə yüksəlib və məşhur sahibkar İlon Maskı geridə qoyub.

Editor.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Ellison-un sərvətinin artması əsasən Oracle şirkətinin fond birjasındakı qiymətinin təxminən 40% yüksəlməsi ilə bağlıdır. Bloomberg Billionaires Index-in hesablamalarına görə, Ellison-un sərvəti $393 milyard səviyyəsinə çatıb və bir gündə rekord $101 milyard artıb.

İlon Maskın sərvəti isə $385 milyard olaraq qalır.

//Samir Qurbanov, Editor.az

 

Chosen
4
17
editor.az

10Sources