EN

Əmək haqqı və Biznes kartları üzrə təcrübəçi

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təsvir

İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq və onları məhsul tələblərinə çevirmək;

Bank kartları üzrə bazar araşdırması aparmaq, rəqabətə davamlı şərtlər təklif etmək;

Bank kartları bazarında müasir tendensiyaları izləmək, məhsulun inkişafı yönündə işlər görmək;

Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarını idarə etmək və prioritetləşdirmək;

Məhsulun yaradılmasında, inkişafında və biznes göstəricilərə nəzarətində birbaşa iştirak etmək;

Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək;

Müvafiq istiqamət üzrə əsasnamələrin, tariflərin və təlimatların mütəmadi monitorinqi və yenilənməsini həyata keçirmək;

Məhsulun gəlirliyini və effektivliyini əks etdirən hesabatlar hazırlamaq və təkminləşdirmək.

Nəticədə əldə ediləcək biliklər:

Bank sistemləri və kartların istehsalı prosesi barədə praktiki bilik;

Müxtəlif kart növləri və onların fərqləri haqqında məlumat;

Məlumatların təhlükəsiz ötürülməsi və işlənməsi qaydaları;

Korporativ mühitdə və komandada işləmə bacarığı;

Beynəlxalq ödəniş sistemlərinin iş prinsipi barədə biliklər.

Tələblər

Maliyyə, bank işi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil alan tələbə və ya yeni məzun;

Azərbaycan dilində şifahi, yazılı ünsiyyət bacarığı (rus və ingilis dili arzuolunandır);

MC Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;

Güclü analitik təhlil bacarığı;

Güclü etik prinsiplər və məxfi məlumatların qorunmasına həssas yanaşma;

Məsuliyyətli, diqqətli və dəqiq olmaq;

Komandada işləmək və konstruktiv ünsiyyət bacarığı.

Müraciət üçün daxil olun

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
82
banco.az

1Sources