Paşinyanın sözlərinə görə, o, Rusiya və İran liderləri ilə iki ölkə ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib. O əlavə edib ki, müəyyən narahatlıq var, lakin bu narahatlıq Vaşinqtonda danışıqlardan əvvəl də var idi. Amma diplomatiya məhz ona görə mövcuddur ki, tərəflər öz narahatlıqlarını bir-biri ilə bölüşsünlər və onları aradan qaldırmaq üçün tədbirlər görsünlər.
Ajans.az xəbər verir ki, bu barədə N.Paşinyan yerli mediaya açıqlamasında deyib.  Bu razılaşmalar İran prezidentinin avqustda İrəvana səfəri zamanı da müzakirə olunub.