EN

Bu ölkədə gənclərə könüllü hərbi xidmət təklif olunacaq

Bakı. Trend:

Noyabr ayında Belçikanın bütün 17 yaşlı sakinlərinə könüllühərbi xidmət proqramı barədə ətraflı məlumatın yer alacağıməktublar göndəriləcək.

Trend xəbərverir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin çağırışçılara həsredilmiş mətbuat konfransında bildirilib.

Təşəbbüs gənclərə birillik hərbi xidməti könüllü şəkildə keçməkimkanı yaradır. Ümumilikdə təxminən 130 min yeniyetmə məktubalacaq. Noyabr ayında hər bir vilayətdə canlı məlumatlandırıcıgörüşlər keçiriləcək, ardınca isə rəqəmsal tədbirlər təşkilolunacaq. Müraciətlərin qəbulu 2026-cı ilin yanvarındanbaşlayacaq.

Proqram 18–25 yaşarası oğlan və qızlar üçün nəzərdə tutulub.Seçim prosesi yayda başlayacaq, ən yaxşı namizədlər xidmətə dəvətolunacaq və proqram sentyabrda start götürəcək. İştirakçılara xalis2000 avro aylıq əməkhaqqı vəd edilir.

İlkin mərhələdə Müdafiə Nazirliyi 3,5 min nəfəri seçimmərhələsinə dəvət etməyi, onlardan 500 nəfərini start qrupu üçünseçməyi planlaşdırır. 2027-ci ilə qədər yerlərin sayı 1000-ə, dahasonra isə mərhələli şəkildə 7 minə çatdırılacaq.

Xidmətə qəbul olunanlar quru qoşunlarında, Hərbi DənizQüvvələrində və ya Hərbi Hava Qüvvələrində fəaliyyət göstərə,təhlükəsizliklə bağlı tapşırıqlar yerinə yetirə biləcəklər.

Chosen
50
5
az.trend.az

6Sources