EN

Teleqramda böyük fasilə yaranıb

Bu gün Teleqram messencerində böyük nasazlıq qeydə alınıb.

Busaat.az xəbər verir ki, bu barədə “Downdetector” platforması məlumat yayıb.

Bütün Rusiyadakı istifadəçilər mesaj göndərməkdə problemlərdən şikayətlənirlər. Ən çox şikayətlər Tatarıstan Respublikası, Adıgey və Kabardin-Balkardan daxil olub.

Bəzi istifadəçilər də proqramı açmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, sonuncu dəfə kütləvi fasilə sentyabrın 5-də baş vermişdi, o zaman istifadəçilər yavaş mesajlaşma və media fayllarının yüklənməsindən şikayət etmişdilər.

Yeganə

Chosen
10
busaat.az

1Sources