EN

İsrail Yəməndə husilərə zərbələr endirməyə davam edəcək - Netanyahu

İsrail Yəməndəki husi üsyançılarının hədəflərinə hücumları davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Yəmən ərazisinə endirilən yeni zərbələr seriyasını şərh edərkən deyib.

O xatırladıb ki, İsrail bir neçə gün əvvəl Sənaya dəqiq zərbə endirib və nəticədə Yəmənin şərqinə nəzarət edən Husi hökumətinin üzvlərinin əksəriyyəti həlak olub.

Buna cavab olaraq, sentyabrın 8-də husilər İsrailin cənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına pilotsuz uçan aparatla hücum ediblər, orada bir neçə nəfər yaralanıb.

"Amma bu bizim qətiyyətimizi azaltmır, bu gün yenidən onların terrorçu hədəflərinə, çoxlu sayda terrorçunun olduğu bazalara, eləcə də digər hədəflərə hava zərbələri endirdik. Zərbələrimizi davam etdirəcəyik. Bizi atəşə tutan, bizə hücum edən hər kəsi yaxalayacağıq" - bəyanatları baş nazirlik tərəfindən yayılan Netanyahu bildirib.

Chosen
11
ucnoqta.az

1Sources