EN

Paşinyan: “Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki...”

“Obyektiv reallıqlar var. Belə ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıdı”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “hökumət saatı”nda çıxışı zamanı deyib.

O, Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Tramp marşrutu”ndan da danışıb: “İstisna deyil ki, obyektiv və subyektiv amillərə əsaslanan bu ad (“Zəngəzur dəhlizi”) Azərbaycanda o qədər məşhurlaşıb ki, orada “Tramp marşrutu” ilə sinxronlaşdırılmalı olan infrastruktur məhz belə adlandırılıb”.

Bizim.Media

Chosen
11
bizim.media

1Sources